"Süni qiymət artımlarına qarşı mübarizədə birmənalı şəkildə güclənməlidir"
"Bütövlükdə Novruz bayramı ərəfəsində, eləcə də bayram günlərində süni qiymətlərə qarşı mübarizənin gücləndirilməsi çox vacibdir".
Bunu Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
Millət vəkilinin sözlərinə görə, bayramla əlaqədər rayonlara gediş-gəlişlə bağlı nəqliyyatda süni qiymət artımı müşahidə edilir:
"Tək nəqliyyatda deyil, eyni zamanda ərzaq məhsullarının qiymətlərində süni şəkildə qiymət artımını görürük. O baxımdan süni qiymət artımları Azərbaycanda xüsusən Novruz bayramında, Yeni il bayramında və digər bayramlarda daha aktual olur.
Sözsüz ki, əgər sərnişin daşınma nəqliyyatında belə süni şəkildə qiymət artımları varsa, ona qarşı mübarizədə birmənalı şəkildə güclənməlidir. Amma bütövlükdə bayram ərəfəsində qiymətlərin optimallaşdırılması və qiymət artımlarının qarşısının alınması vacibdir. Bu istiqamətdə monitorinqlərin, eləcə də qanunvericilik çərçivəsində nəzarətin gücləndirilməsinə ehtiyac var.
Hesab edirəm ki, bunun nəticəsində qiymət artımları vətəndaşlar üçün əlavə xərclər yaranmasın".