Plenar iclaslar 12 Oktyabr 2022, 16:35 | Baxış sayı: 154
"Startaplarla bağlı innovativ qanun layihəsinə ehtiyac var"

“Bu qanun layihəsində startap ayrıca istiqamət kimi qeyd olunmayıb”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında “Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputat Vüqar Bayramov deyib.

 

Deputat bildirib ki, hazırda startap dünya miqyasında 3 trilyon ABŞ dolları, G7 ölkələrində isə 600 milyard ABŞ dolları əlavə dəyər yaradır:

“Bu səbəbdən startaplarla bağlı əlavə qanun layihəsinə ehtiyac var. Startaplar kiçik və orta sahibkarlığın (KOB) fəaliyyətində mühüm rol oynayır. Bundan başqa, qanun layihəsi innovativ olmalıdır və təkcə ənənəvi üsullarla hazırlanmamalıdır. Ancaq bu layihədə innovasiya xüsusi ünvanlanmayıb. Qanun layihəsində KOB-un maliyyə təminatı sistemləşdirilməyib. Halbuki, KOB-lar üçün əsas problemlərdən biri məhz maliyyə resurslarına çıxış imkanının artırılmasıdır. Digər tərəfdən, qanunun əhəmiyyətinin əsaslandırılmasına və qanunun daha çox dəstək tədbirlərini əhatə etməsi vacibdir”.

Xəbərlər