Plenar iclaslar, Qanun Layihələri 1 Fevral 2022, 15:38 | Baxış sayı: 255
"Velosiped yolu olsa, parlamentə velosipedlə gələcəm”.

“Son zamanlar tariflərin, cərimələrin artırılması dəbə minib".

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin yaz sessiyası çərçivəsində keçirilən ilk plenar iclasında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı deputat Razi Nurullayev bildirib.

O deyib ki, pandemiya fonunda yeni cərimələr, tariflər narazılıq yaradır: “Sürücü üçün parklanma yeri yoxdursa, hansı haqla onu cərimə edə bilərik? Velosiped yollarından danışılır, ancaq yollarda saatlarla tıxacda qalırıq. Velosiped yolu ancaq bulvardadır. Velosiped yolu olsa, parlamentə velosipedlə gələcəm”.

Xəbərlər