Ümumi 24 İyun 2023, 16:37 | Baxış sayı: 100
“Son illər plagiatlıqdan betər proseslər gedir”

“Elm və Təhsil naziri Emin Əmrullayev maraqlı fikir səsləndirib: "Mən hesab edirəm ki, plagiatı sübut edilmiş adamın elmi fəaliyyəti ömürlük qadağan olunmalıdır. Bunun başqa yolu yoxdur". Son illər plagiatlıqdan betər proseslər gedir. Müdafiə olunan azı 80 faiz dissertasiyalar yazdırılır. Bütün elm sahələri üzrə dissertasiya yazan qruplar formalaşıb. Heç bir aktuallığı olmayan mövzulardan işlər yazılır. Rahat müdafiə prosesləri keçirilir. Bəs bunu necə sübut etmək olar? İddiaçılar 15 dəqiqəlik çıxışda dissertasiyanı kağızdan oxuyurlar. Əvvəlcədən onlara suallar paylanılır. İddiaçının işinin özünün yazmadığının bir sübutu da ədəbiyyat siyahısdır. Köhnə ədəbiyyatlara geniş yer verilir və alim olmaq üçün dissertasiyanı yazdıranlar istifadə olunmuş ədəbiyyat siyahısndakı kitabların birinin də üzünü belə görməyiblər”.

 

Pravda.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Etibar Əliyev deyib.

 

“Mən AMEA-nın Fəlsəfə və Hüquq İnstitunda işləyəndə belə faktlara çox rast gəlmişəm. Ali Attestasiya Komissiyası bu işlərdən xəbərsiz deyil. Rəhməltik Azad Mirzəcanzadə verdiyi cəmi 2 sualla bunu aşkara çıxarırdı. İndi sualı kim verəcək? Kitab oxyan varmı ki, ədəbiyyat siyahısından suallar versin? Elm sahələri üzrə yazılmış yeni ədəbiyyatlara kitab mağazalarında toxunan belə yoxdur” – deputat əlavə edib.

Xəbərlər