Ümumi 5 Oktyabr 2023, 16:59 | Baxış sayı: 88
"Söhbət elə bir sahibkarlara gəlib çatacaq ki..."

"Rəqabət Məcəlləsinin qəbul edilməsində elə bir problem olmalı deyil. Məcəllə yüksək səviyyədə hazırlanıb və həmişə qəbul edilməsinin tərəfdarı olmuşam".

 Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında Rəqabət Məcəlləsinin ikinci oxunuşda müzakirəsi zamanı deputat Vahid Əhmədov deyib.

"Bu Məcəllənin icra mexanizminin həyata keçirilməsi üçün rəqabət orqanının funksiyası və vəzifələri qeyd olundu. Bu bizim üçün əhəmiyyətli məsələlərdən biridir. Bu, çox ciddi Məcəllədir və bir sıra insanların həyatına, onların biznesinə təsir edəcək. Təklif edərdim  ki, Mikayıl müəllim rəqabət orqanı ilə əlaəqdar məsələni dövlət başçısı ilə müzakirə etsin. Söhbət elə bir sahibkarlara gəlib çatacaq ki, orada müəyyən dəyişikliklər etmək lazım olacaq. Rəqabət orqanının işləməsi bizim üçün çox vacibdir. Həmin orqanın işləməsindən Məcəllənin və ölkə iqtisadiyyatının taleyi həll olunacaq. Rəqbət komissiyanın tərkibi dövlət başçısı səviyyəsində təsdiq olunsun". (Unikal.az)

Xəbərlər