KOMİTƏ İCLASLARI 19 Yanvar 2023, 13:24 | Baxış sayı: 141
"Sənədsiz evlər bələdiyyələrin vergi toplamasını əngəlləyir"

“Sənədsiz evlər Azərbaycanda çoxdur, bu da bələdiyyələrin vergi toplamasını əngəlləyir”.

APA xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında deputat Kamran Bayramov deyib.

Deputat bildirib ki, bələdiyyələrlə bağlı durum getdikcə acınacaqlı hal alıb: “Bələdiyyələrin statusuna yenidən baxılmalıdır. Prezident İlham Əliyev də son çıxışlarında ölkəmizdə uğurlu idarəetmə modelinin yaradılması ilə bağlı fikirlər söyləyir. Azad edilmiş ərazilərdə Xüsusi Nümayəndəlik, Naxçıvanda yaradılan nümayəndəlik uğurlu təcrübədir. Mən əminəm ki, bu təcrübənin ölkənin bütün ərazisinə şamil edilməsi çox yaxşı olardı. Növbəti bələdiyyə seçkilərinə 2 il qalıb, islahatlar həyata keçirilməsə bələdiyyənin nüfuzu tam itəcək. Digər aidiyyəti qurumların səlahiyyəti artır, bələdiyyələr əks istiqamətdə gedir. Ötən sessiyada biz bələdiyyələrdən bir neçə səlahiyyəti də aldıq. Bu gün bələdiyyələrdə elementar iclas mədəniyyəti yoxdur. Bələdiyyə iclasları ümumiyyətlə keçirilmir”.

Xəbərlər