Milli Məclis 27 Yanvar 2023, 17:39 | Baxış sayı: 114
“Səfirliyimizə hücum faktiki olaraq dövlətə hücum deməkdir”

"İranda belə terror hadisələri adi hadisədir".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib. 

"Sentyabr ayında İranın Xudafərin körpüsünün ətrafında hərbi təlimlər keçirəndə, o cümlədən İranda azərbaycanlıların tətilləri olanda, buna çox ciddi reaksiya verdilər. İndi bu hadisəni terror aktı adlandırıram. Düzdür, hüquq-mühafizə orqanları bunları araşdıracaq və aşkara çıxaracaq. Ümumiyyətlə, dövlətimiz bununla əlaqədar olaraq nota verməlidir. Çünki, bu ciddi siyasi məsələdir. Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları təxliyə edilməsi xəbərini eşitdim. Bu, düzgün addımdır. Bildiyimiz kimi, Rusiya, ABŞ bu hadisəyə münasibətlərini bildirdilər. Digər dövlətlər də, bildirəcəklər". 

Deputat qeyd edib ki, İrandan belə hallar gözlənilən idi:

"Nə qədər dövlət başçısı, Xarici İşlər Nazirliyi və digər rəsmilərimiz çalışdılar ki, münasibətləri yaxşılaşdırsınlar. Hələ iki gün bundan qabaq Hikmət Hacıyev İranın səfiri ilə görüşdü. Amma, bunlar öz siyasətində əl çəkmirlər. Bunlar müharibə vaxtı da Ermənistanın yanında olublar, indi də. 

Faktiki olaraq, onların siyasəti budur. Onlar daxildəki problemi istəyirlər ki, bir qədər soyutsunlar və belə hadisələrlə qarşısını alsınlar. İran səfirliyimizə hücum faktiki olaraq dövlətə hücum deməkdir.  Səfirliyimiz  bizim dövlətimizin bir parçasıdır, toxunulmaz olmalıdır və yüksək səviyyədə qorunmalıdır. Çox təəssüf ki, səfirliyimizin əməkdaşı  Orxan Əsgərov hadisə zamanı vəfat edib. Ailəsinə baş sağlığı verirəm. Digər əməkdaşımız isə mərdliklə döyüşərək daha böyükmiqyaslı hadisənin qarşısını aldı".

Xəbərlər