Siyasət 17 Mart 2023, 13:38 | Baxış sayı: 157
"Seçkilərdə türk seçicisinin yenidən Ərdoğana etimad göstərəcəyinə inanırıq"

"Azərbaycan-Türkiyə münasibətləri konkret şəxslər üzərində deyil, iki xalqın bir-birinə qardaşlığı, dostluğu üzərində qurulur".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib. 

Deputat qeyd edib ki, müttəfiqlik, qardaşlıq hər iki xalqın istəyi və rəhbərlərin bu istəyi həyata keçirməsidir:

"O ki qaldı Türkiyənin indiki rəhbəri hörmətli Rəcəb Tayyib Ərdoğanın məsələsinə, o, Türk Dünyası Birliyində, Türkiyənin nüfuzunun artmasında çox böyük işlər görüb. 

İnanırıq ki, növbəti prezident seçkilərində türk seçkisi yenidən ona etimad göstərəcək".
 

Xəbərlər