Cəmiyyət 20 Oktyabr 2022, 13:35 | Baxış sayı: 205
"Əsas yük müqavilə ilə xidmət göstərən hərbçilərin üzərinə qoyulmalıdır"

“Azərbaycan Ordusu keyfiyyət baxımından nəinki Cənubi Qafqazda, hətta dünyada aparıcı ordulardan biridir”. 

Bunu Milli Məclisin deputatı Siyavuş Novruzov hərbi qulluqçuların dövlətə vurduqları ziyana görə maddi məsuliyyəti haqqında Əsasnaməyə təklif edilən dəyişikliyin müzakirəsi zamanı deyib.

Millət vəkili bildirib ki, mütəmadi olaraq ən yeni, müasir texnikalar alınır: “Ordumuzun təlimləri NATO standartlarına uyğunlaşdırılır. Biz kifayət qədər vəsait ayırıb aldığımız texnikanın kimsə tərəfindən sıradan çıxarılması Ordumuza böyük ziyanlar vura bilər. Burada iki məsələ nəzərə alınmalıdır: Biri ehtiyatsızlıqdan, biri isə qəsdən. 

Azərbaycan ordusunda ikili əsaslı xidmət aparılır. Biri çağırış əsasında, digəri isə müqavilə əsasında olan işçilər. Hesab edirəm ki, bu məsələdə əsas yük müqavilə ilə xidmət göstərənlərin üzərinə qoyulmalıdır. Çünki onlar mütəxəssis kimi fəaliyyət göstərirlər və dövlətdən əməkhaqqı alırlar. Hesab edirəm ki, çağırışla orduya cəlb olunanları ciddi şəkildə əsaslı texnikaların öyrənilməsinə cəlb etmək tezdir. Əgər o gələcəkdə fəaliyyətini bu sahədə davam etdirəcəksə, onda biz onu texnikaların öyrənilməsi, tətbiqi, istifadəsinə cəlb edə bilərik ki, texnikalara ziyan dəyməsin”.

Mənbə: qafqazinfo.az

Xəbərlər