"Şamaxının 12 kəndində su ilə bağlı böhran vəziyyəti yaranıb"
İctimai Dinləmə
28 Fevral 2024, 13:45 | Baxış sayı:
201
Şamaxının 12 kəndində su ilə bağlı böhran vəziyyəti yaranıb. Bunu deputat Tamam Cəfərova deyib.
"Hazırda Şamaxıda 32 kəndə su problemi var. Onların 12-sində isə problem daha kritikdir. Yay olan kimi böhran vəziyyəti yaranır. Bu problemlərin aradan qaldırılması üçün alternativ mənbələr araşdırılmalıdır. Biz bununla bağlı aiddiyatı qurumlara müraciətlər ünvanladıq. Müsbət rəy verildi. Gələcək illərin büdcəsinə problemin həll olunması məsələsi daxil edildi. Bu məsələnin diqqətdə saxlanılmasını xahiş edirəm”, - deputat Milli Məclisdə "Ölkənin su təsərrüfatı: problemlər və yeni çağırışlar mövzusunda” dinləmədə çıxışında bildirib.
anews.az