“Rus sülhməramlılarının Qarabağdan 2025-ci ildə çıxmaları Azərbaycanın bugünkü qələbəsi kimi uğurlu olacaq”
Siyasət
21 Sentyabr 2023, 15:40 | Baxış sayı:
162
“Ermənilərin riyakarlıqlarını, ikiüzlülüklərini bildiyimizə görə Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması məsələsinə bir az səbirlə yanaşmalıyıq”.
Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Sabir Rüstəmxanlı deyib.
“Yəni ermənilər söz verəcəklər, silahlarını yerə qoyacaqlar, amma arxada yenə bəzi oyunlar çevirəcəklər. Bu isə rus sülhməramlılarına bəhanə verəcək ki, Qarabağdan çıxmaq məsələsini bir az da uzatsınlar. Buna görə də ən optimal variant sülhməramlıların 2025-ci ildə çıxmalarıdır. Elə o vaxt çıxmaları Azərbaycanın bugünkü qələbəsi kimi uğurlu olacaq”, - deputat bildirib.
pravda.az