Qanun Layihələri 29 Noyabr 2022, 16:24 | Baxış sayı: 220
"Rəsulzadənin, Elçibəyin arzularını İlham Əliyev həyata keçirir"

“Müxalifətçiliyi də gərək kişi kimi edəsən”.

 

Pravda.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Siyasi partiyalar haqqında” qanun layihəsinin müzakirəsində deputat Razi Nurullayev bildirib.

 

Deputat qeyd edib ki, iqtidarı, Prezidenti tənqid etmək, zəiflətmək naminə Azərbaycanın düşmənləri ilə belə əməkdaşlıq edən, onların sözünü dəstəkləyən və onların televiziyalarında tənqidi fikirləri ilə görünən siyasətçilərin olmasına təəssüf edir: “Bu gün İranın, Ermənistanın televiziyalarında onların çıxışlarından və tənqidlərindən istifadə olunursa, bu, onlar üçün utanc və faciədir. Parlamentdə olan müxalifəti də tənqid edirlər ki, siz necə müxalifətsiniz? Nə etməliyik? Yumruq davasına çıxmaq, qarışıqlıq salmaq, spikerin sözünü kəsmək, hər məsələyə etiraz etmək, zalı tərk etmək, səsi imkan verdikcə qışqırmaq, əl-qol ilə danışmaq bizlik deyil. Daha mədəni və təsirli yollar var, bunu da edirik. Son zamanlar məni də təhqir edirlər. Çünki Prezident İlham Əliyevin Azərbaycan naminə gözəl çıxışlarını dəstəkləyirəm. Biz müxalifət olaraq başımızın üzərində Rəsulzadənin, Elçibəyin portretini asmışıq, onların əsrlər boyu həyata keçməyən arzularını bu gün İlham Əliyev həyata keçirir, siz isə bunu qəbul etmək istəmirsiniz. Ədalətli, dövlətçi insanlar olsaq, gərək başımız üzərində İlham Əliyevin şəklini asaq. Bütün partiyaların proqramında Qarabağ məsələsinin həlli var, İranda yaşayan soydaşlarımızın hüquqlarının müdafiəsi var, bütöv azərbaycançılıq var. O mövzular bir neçə partiyanın monopoliyası deyil. Təzada bax ki, indi iqtidar partiyası bütöv Azərbaycana işarə vurur, İranda yaşayan azərbaycanlıların hüquqlarını müdafiə etməkdən ötrü tədbirlər görür, Azərbaycanın ən zəif vaxtlarında bütöv Azərbaycan deyənlər, Cənubi Azərbaycanda yaşayan həmvətənlərimizin hüquqlarını qoruyanlar ölkəmizin tarixdə görünməyən güclü vaxtında tərəflərini və ideallarını dəyişiblər. Bu xalqımız üçün xəyanətə bərabər tutulacaq hərəkət, sizin üçün isə faciədir. Müxalifətçiliyi də gərək kişi kimi edəsən”.

 

Xəbərlər