Razi Nurullayev: “İlqar Məmmədovun məntiqsiz fikirləri, təklifləri o həddə çatacaq ki, artıq heç kim ona fikir bildirməyəcək".
“İlqar Məmmədovun məntiqsiz fikirləri, təklifləri o həddə çatacaq ki, artıq heç kim ona fikir bildirməyəcək. Düzünü desəm, İlqar Məmmədovun fikirləri məni çox təəccübləndirdi. Həbsdən azad olunandan sonra o, ancaq təzadlı fikirləri ilə yadda qalır. Bu təklif tam məntiqsiz, mənasız və deputatlara sataşmaq üçün deyilən bir fikirdi. Ümumiyyətlə, onun mənasız və məntiqsiz fikirləri o həddə gəlib çatacaq ki, artıq heç kim ona fikir bildirməyəcək.
İcra başçısını deputat təyin etmir, icra başçısı deputat qarşısında məsuliyyət daşımır. Sadəcə, millət vəkili həmin ərazidən seçilmiş deputatdır. Onda belə çıxır ki, hər hansı bir şəxsin cinayəti olacaqsa, deputat buna görə məsuliyyət daşıyıb istefa verilməlidi. İlqar Məmmədova belə bir sual verək: əgər o deputat olsaydı, belə bir hadisədən sonra istefa verərdimi? Təbii ki, yox.
Maraqlıdır ki, İlqar Məmmədov son zamanlar xalqın, millətin əleyhinə olan təkliflər verir. Mənə elə gəlir ki, ya bunları bilərəkdən edir ya da özünü millətin gözündən salmaq istəyir. Onsuz da o, bu günə qədər qeyri-standart açıqlamaları ilə gözdən düşüb. Bu cür işlərdənsə, gedib öz partiyasının quruculuğu ilə məşğul olsun”.