KOMİTƏ İCLASLARI 28 Fevral 2023, 12:38 | Baxış sayı: 118
"Rayonda məktəb və xəstəxana var, mədəniyyətlə bağlı heç nə yoxdur"

“Kəndlərimizin çoxunda kitabxana yoxdur”.

APA xəbər verir ki, bunu bu gün Milli Məclisin Mədəniyyət komitəsi ilə Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyinin təşkil etdiyi birgə ictimai dinləmələr zamanı deputat Sabir Rüstəmxanlı deyib.

Sabir Rüstəmxanlı bildirib ki, rayonlarda kitabxana var, amma içi boşdur: “Əvvəllər rayonlara da kitablar göndərilirdi. Rayonda məktəb var, xəstəxana var, amma mədəniyyətlə bağlı heç nə yoxdur. Bu, çox ciddi məsələdir. Mədəniyyətlə bağlı büdcədən ayrılan pul da azdır".

Deputat qeyd edib ki, gələcəyimiz haqqında düşünürüksə, birinci mədəniyyət haqqında düşünməliyik: "Bir nümunə çəkim, əvvəlki rəqslərə baxırdıq, qızla oğlan gözəl rəqs edirdi. Amma indi elə deyil. Hamısı atılıb-düşür. Uzun zamandır yallı rəqsini görmürəm. Rəqs havalarımız toylarda pis günə düşüb. Onu da biz edirik".

Xəbərlər