Siyasət 20 Sentyabr 2023, 16:51 | Baxış sayı: 206
“Qələbədə baş rol cənab Prezident İlham Əliyevindir”

“Bu da Qarabağda separatçı rejimin və qanunsuz erməni silahlı birləşmələrinin sonu! İndi Ermənistan düşünməlidir və özünə sual etməlidir? Niyə? 30 ilə yaxın işğal altında tutdular bizim torpaqlarımızı, beynəlxalq hüququ heçə saydılar, bu qədər insan həyatını itirdi! Nəticə nə oldu?”

Bunu Milli Məclisin deputatı Nurlan Həsənov bildirib.

“Tarixin bu acı hadisələri birdə təkrarlanmasın deyə sülh üçün çalışmaq və eyni zamanda güclü olmaq lazımdır. Çünki, yaşadığımız dünya, geosiyasi vəziyyət bunu tələb edir və hər gün daha da təhlükələr artır. Lakin, bir şeyi heç vaxt unutmamalıyıq: Bu tarixi qələbədə, Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsində baş rol, baş səbəbkar məhz cənab Prezident İlham Əliyevdir!

Mən sıradan bir Azərbaycan vətəndaşı kimi cənab Prezidentə güclü və sarsılmaz siyasi iradə nümayiş etdirdiyinə və Azərbaycan üçün etdiklərinə görə öz səmimi minnətdarlığımı, təşəkkürümü bildirirəm!”, - deputat vurğulayıb.

demokrat.az

Xəbərlər