Cəmiyyət 22 Fevral 2022, 17:53 | Baxış sayı: 210
"Qarabağdakı ermənilərin peyvəndlə təmin olunması üçün Azərbaycan dövlətinin bütün imkanları var".

"Azərbaycanda peyvəndlərin əhalinin bütün təbəqələri üçün əlçatanlığı təmin olunub və ölkə vətəndaşlarına 4 müxtəlif peyvənd arasında seçim etmək imkanı yaradılıb".

Pravda.az-ın məlumatına görə, bunu AVRONEST Parlament Assambleyasının İqtisadi inteqrasiya, sosial məsələlər, mədəniyyət və vətəndaş cəmiyyəti komitələrinin birgə iclasında Azərbaycan nümayəndə heyətinin üzvü, deputat Soltan Məmmədov bildirib.

S. Məmmədov Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində yaşayan ermənilərin peyvəndlərlə təmin olunmasnda qarşılaşdığı problemlərlə bağlı Ermənistan nümayəndəsinin fikirlərinə də münasibət bildirib: “Düşünürəm ki, Rusiya sülhməramlılarının məsuliyyət zonasında yaşayan erməni vətəndaşlarının peyvəndlə təmin olunması üçün Azərbaycan dövlətinin bütün imkanları var. Onlar Azərbaycan ərazisində yaşayırlar. Hazırda onların vaksinlərlə təmin olunmasına sülhməramlılar dəstək verir. Lakin Azərbaycan onlara vaksinlə təmin olunmaq üçün digər ölkə vətəndaşları ilə eyni imkanlar yarada bilər. Azərbaycan bütün ərazisində olduğu kimi Qarabağ iqtisadi rayonunda da dini və milli mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlarının bərabər hüquqlarına təminat verir”.

Xəbərlər