Plenar iclaslar 23 İyun 2023, 15:45 | Baxış sayı: 155
"Qarabağda qeyri-döyüş şəraitində həlak olan hərbçilərə də şəhid statusu verilməlidir"

“Qeyri-döyüş şəraitində həlak olan əsgər və zabitlərə də şəhid statusu verilməlidir”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib.

Deputat bildirib ki, valideynləri və yaxınları onlara da şəhid statusunun verilməsini tələb edir: “Çünki onların övladları hələ də müharibə şəraitində olan Qarabağda həyatını itirib. Bu məqamı nəzərə alaraq, Qarabağda hərbi xidmət zamanı müxtəlif səbəblərdən həyatını itirmiş əsgər və zabitlərə də şəhid statusunun verilməsini təklif edirəm. Bu hallar kütləvi deyil. Mən bu təklifi Qarabağda xidmət etməyin çətinliyini, müharibə şəraitini, hər zaman düşmən təxribatı ilə üz-üzə qalmaq təhlükəsini nəzərə alaraq verirəm və ümid edirəm ki, bu məsələni müzakirə edib qanunvericiliyə istisna hal kimi əlavə edə bilərik”.

Xəbərlər