“Qanunsuz mərc oyunları gənclərin inkişafına mənfi təsir edir”
“Qanunsuz idman mərc oyunları uzun müddətdir yayılıb, bu barədə artıq ölçü götürülməlidir, müvafiq tədbirlər görülməlidir. Bu cür oyunlarla əyləncə və pul adı altında gəncləri cəlb edirlər. Belə oyunlar həm də insan psixologiyasına ciddi təsir göstərir, gənclərin inkişafına da mənfi təsiri böyükdür. Həmişə bunun əleyhinə olmuşam”.
Bunuet açıqlamasında qanunsuz idman mərc oyunlarının keçirilməsinə və təbliğatına münasibət bildirən deputat Etibar Əliyev deyib. O bildirib ki, şans oyunlarında bəxtini sınamaq istəyənlər üçün qanuni təşkil olunan oyunlar var, televiziyalarda da göstərilir. Amma qanunsuz mərc oyunlarını təşkil edənlər vergidən yayınırlar, buna yol vermək olmaz:
“İnformasiya kommunikasiya texnologiyaları inkişaf etdikcə gəncləri bu kimi zərərli yollara çəkmək asanlaşıb. Reklamları internet saytlarında, sosial şəbəkələrdə geniş yayılıb, hamının da əlində bir telefon, yalan vədlərə şirniklənirlər. Əvvəllər “piramida” şəbəkəsi var idi – dostunu gətir, pul qazan. Xeyli vətəndaş aldandı, elə bilirdilər ki, 3 manat qoyub, 3 min qazanacaqlar. Nə qədər insan müflisləşdi. Hələ bunun fərdi təbliğatçıları da var idi.
pravda.az
Əvvəllər kitab, qəzet dövrü idi, ağ-qara televiziya dövrü idi. Cavanlar yaşlı nəsillə münasibətdə davranışlarını korrektə edirdilər. Amma indi belə deyil. Sosial şəbəkələr, reklamlar gənclərə ”yol göstərir” təəssüf ki”.