Plenar iclaslar, Qanun Layihələri 20 Dekabr 2021, 17:01 | Baxış sayı: 222
"Qanun layihəsində medianın maliyyələşdirilməsi və reklam bazarının mediaya uyğunlaşdırılması yolları da əksini tapsın”.

“Qanun layihəsində medianın maliyyələşdirilməsi və reklam bazarının mediaya uyğunlaşdırılması yolları da əksini tapsın”.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Media haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı deputat Vahid Əhmədov deyib.
Deputat bildirib ki, qanunun işləməsi üçün maliyyə lazımdır: “Bu qanunda medianın haradan maliyyələşəcəyi qeyd olunmalıdır”.
Deputat ali təhsillə bağlı məsələyə qanun layihəsində yenidən baxılmasını istəyib.
V. Əhmədov qeyd edib ki, reyestr məsələsinin məcburi olduğu qanun layihəsindən görünür: “Buna nə ehtiyac var?”.
Deputat bildirib ki, media ciddi subyektlərdən biridir: “Media dövlətin, millətin taleyini həll edir. Ona görə də kompromisə gedilsə, yaxşı olar”.

Xəbərlər