Plenar iclaslar 20 Dekabr 2023, 15:52 | Baxış sayı: 91
“Qadın cinayətlərinin artmasında “TikTok”un böyük rolu var”

Hazırda yol-nəqliyyat hadisələrindən sonra ölümlərin sayına görə ikinci yerdə qadın cinayətləri dayanır. Araşdırma aparmışam, hər gün mətbuatda 2-7 qadının öldürülməsi faktına rast gəlirik. Orta hesabla ildə 1000-dən çox qadın öldürülür”.

Bunu deputat Siyavuş Novruzov deyib.

O, qadın cinayətlərinin sayının artması məsələsinə toxunub:

“Burada “TikTok”un, digər sosial şəbəkələrin rolu var. Bunun səbəbi araşdırılmalıdır. Əvvəllər şəhərdə qadın cinayətlərinə rast gəlirdiksə, indi rayon və kəndlərdə də belə hallar baş verir.

Biri Rusiyadan qayıdır gəlir, gələn kimi arvadını vurub öldürür. Ona görə də televiziya kanallarında belə halları tərənnüm edən serialların qarşısı alınmalıdır”.

bizim.media

Xəbərlər