Cəmiyyət 13 Mart 2023, 12:27 | Baxış sayı: 96
“Postcəhalət dövrü nadanlığa qarşı durmalıdır”

“Postcəhalət dövrünə qədəm qoyduqmu? Təhsilin rolu nədən ibarətdir? Niyə təhsil insanı daha çox yaxşıya doğru dəyişə bilmir? Təhsil sistemimiz acınacaqlı durumdadır. Təfəkkürun tiplərinin formalaşdığı bir dövrdə uşaqlar məktəbdən didərgin salınıblar. Tərbiyə etmək paradiqmasını artıq müəllim boynundan atıb. Bir ölçülü təhsil sistemi (yalnız testlər vasitəsilə dərs keçmək) funksional savadsızlığı dərinləşdirib.  Dinə, həyata baxış irrasionallaşıb. Nitşenin təbirincə desək, “boşluq genişlənir””.

 

Pravda.az-ın xəbərinə görə, bunu deputat Etibar Əliyev bildirib.

 

E.Əliyev qeyd edib ki, ziyalılar ictimai fikirdə dönüş yaratmaq, təsir etmək missiyasını yerinə yetirə bilmir: “Yaxşı ki, aydın və cəmiyyətin gələcəyini düşünən dostlar var. Mamardaşvili yaxşı deyib: İnsanın ruhunun bulağını 3 şey bağlayır. Qorxaqlıq, tənbəllik və ümid. Hər 3-ü bizim Cəhalətə münasibətimizdə özünü göstərdi. Boşluğu isə genişlənməyə qoymamalıyıq. Bəs savadsızlıq? Buna aid Sokrat aydınlatması var: “Savadsızlıq təhlükəli deyil, təhlükəli olan nadanlıqdır.” Postcəhalət dövrü nadanlığa qarşı durmalıdır”.

Xəbərlər