Siyasət 19 İyun 2023, 15:52 | Baxış sayı: 181
“Paşinyanın səmimiyyətinə inanmıram”

"Ermənistanın baş naziri Nikol Paşinyanın ölkəsinin gerbi və himni ilə bağlı müəyyən fikirlər bildirdi. Amma o, nə dərəcədə erməni cəmiyyətində fikirləri dəyişə biləcək? Çünki yüz illərlə erməni cəmiyyətinin təfəkkürü, erməni millətinin müstəsnalığı, digər xalqların torpaqlarının onlara məxsus olması, başqa millətlərin mədəniyyətini mənimsəmə ideologiyası ilə onlar çirkləndirilib".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Deputat Nikol Paşinyanın çıxışlarının səmimiliyinə inanmadığını söyləyib:

"Açığı onun səmiyyətinə bir o qədər də inanmıram. Ağrı dağının, o cümlədən himnin dəyişməsi Ermənistanın konstitusiyasında, müstəqillik aktında başqa xalqların torpaqlarına iddia götürüləcəkmi? 

Yəni fikir bildirilə bilər, bəlkə də, bu, sadəcə olaraq Türkiyə ilə münasibətləri tezliklə asanlıqla həll etmək üçün istifadə edilən bir üsuludur. Bununla onlar Türkiyəyə mesaj vermək istəyirlər. 

Hesab edirəm ki, Türkiyə ilə münasibətlərini qaydaya salandan sonra hər şey köhnə qaydaya qayıdacaq. Ermənistan sübut etməlidir ki, onun dediyilə hərəkətləri bir-birinə uyğun gəlir. Ancaq hələ ki, biz bunu görmürük".

Xəbərlər