"Partiyanın minimum 10 min üzvünün olması barədə təklifi biz vermişik"
Qanun Layihələri
24 Oktyabr 2022, 15:42 | Baxış sayı:
215
“Təsis edilən partiyanın 10 min üzvün olması ilə bağlı təklif verən partiyalardan biri Milli Cəbhə Partiyasıdır”.
Bunu Milli Məclisdə bu gün keçirilən “Siyasi partiyalar haqqında” yeni hazırlanan qanun layihəsinin ictimai müzakirəsində Milli Cəbhə Partiyasının sədri Razi Nurullayev deyib.
O bildirib ki, hər bir siyasi partiyanın 10 min üzvünün olması 10 min Azərbaycan vətəndaşını fəallaşdırmaq deməkdir: “Bəs “200-300 min üzvümüz var” deyən partiyalar 10 min üzvünün adını yığıb verə bilməyəcək?”
Mənbə: apa.az