Cəmiyyət 20 Avqust 2021, 13:27 | Baxış sayı: 302
"Orta məktəblərdə yeni fənnin – “Maliyyə savadlılığının elementləri” fənninin tədrisinə ehtiyac var".

Orta məktəblərdə yeni fənnin – “MALİYYƏ SAVADLILIĞININ ELEMENTLƏRİ” fənninn tədrisinə ehtiyac var.

Bu fikiri deputat Tahir Mirkişili öz sosial media hesabında paylaşıb.

"Hazırda bütün dünyada mövcud olan təhsil sistemi XX-əsrin təhsili sayılır. Ona görə insanların bir çoxu məktəb, universitet bitirəndən sonra belə həyatda rastlaşdıqları müasir çağırışların öhdəsindən gələ bilmirlər. Halbuki, məsələn, məktəb bitirib işə başlayan hər bir insandan artıq ilkin maliyyə savadlılığı, öz gəlir və xərclərini planlaşdırmaq, vergidən yayınmamaq, kiçik də olsa investisiya etmək, banklar ilə münasibətə girmək və s kimi müasir vərdişlər tələb olunur".

O hesab edir ki, orta məktəb şagirdlərinə artıq ilkin maliyyə savadı verməlidir. "Üçüncü sinifdə şagirdlərə “maliyyə problemlərini necə həll etmək”in yollarını öyrətmək lazım: məsələn , ailəninin gəlir və xərclərini təhlil etmək, fərdi maliyyə planı tərtib etmək kimi ilkin bilikləri öyrətmək lazım. Daha yuxarı siniflərdə isə (6-7-ci siniflərdə) şagirdlərə sahibkarlıq fəaliyyətinin riskləri, yüksək kredit faizlərinin nəticələri, haqsız maliyyə təcrübələri və maliyyə dələduzluğunun formaları, vergi cinayətləri kimi risklər haqqında ilkin biliklər öyrədilməlidir".

"Riyazi məsələləri bir hissəsi malların qiymətlərinin, alışların dəyərinin və vergilərin hesablanmasına həsr edilməlidir. Bundan başqa, şagirdlərə sərbəst formada sadə formaların və sənədlərin - ərizə, müraciət, deklarasiya, etibarnamələrin doldurulmasını, elektron hökumətlə unsiyyət formalarını öyrətmək lazımdır".

"Hesab edirəm ki, insanlar arasında maliyyə savadlılığının artması onların öz həyatlarını daha doğru planlaşdırmasına, maliyyə risklərindən uzaq durmalarına və ümumilikdə ölkədə maliyyə dayanıqlılığının güclənməsində səbəb ola bilər".

Xəbərlər