"Ölkəmiz müharibədən yeni çıxmasına baxmayaraq büdcə layihəsi kifayət qədər sosialyönümlüdür”.
'Ölkəmiz müharibədən yeni çıxmasına baxmayaraq büdcə layihəsi kifayət qədər sosialyönümlüdür”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən deputat Tural Gəncəliyev deyib.
Deputat Qarabağın Ermənistan işğalına qədər fəaliyyət göstərmiş təhsil ocaqlarının yenidən qurulması məsələsinə diqqət çəkib: “Büdcədə müasir təhsil sisteminin qurulması və inkişaf etdirilməsi istiqamətinə xüsusi diqqət ayrılıb. Qarabağda təhsil infrastrukturunun yenidən qurulması məsələsi xüsusi diqqətə alınmalıdır. Bu xüsusda təmsil etdiyim Xankəndi şəhərində şəhərin işğalına qədər Pedaqoji İnstitutun filialı fəaliyyət göstərirdi. 1973-cü ildən bu institut müstəqil ali məktəb kimi fəaliyyət göstərirdi. Qarabağa geri qayıdacaq əhalinin təhsilində oynadığı müsbət rolu nəzərə alaraq, Xankəndi Pedaqoji İnstitutunun və bu kimi təhsil olacaqlarının yenidən bərpası xüsusi əhəmiyyət kəsb edir. Büdcədə Xankəndi Pedaqoji institutunun yenidən bərpasının nəzərə alınmasını xahiş edirəm”.