Cəmiyyət 31 Avqust 2022, 13:49 | Baxış sayı: 216
"Ödənişlərin “JEK”lərin həyata keçirdiyi xidmət növlərinə görə müəyyənləşdirilməlidir".

Milli Məclisin deputatı Vüqar Bayramov Mənzil-Kommunal Təsərrüfatları ilə binaların münasibətlərinin təkmilləşdirilərək, daha sivil formada tənzimlənməsini təklif edib: “Yeni inşa edilən binalarda formalaşdırılan komitələr bütövlükdə binaların idarəetməsinə məsuldur. Lakin keçmiş SSRİ dövründə inşa edilən binalarda “JEK”lər praktik olaraq aktivdirlər. 


Deputat açıqlamasında həmçinin bunları qeyd edib: “Xüsusən nəzərə alsaq ki, praktik olaraq hər bir qurum xidmətinə görə vəsait əldə etməlidir. Bina sakinləri nə binanın özündə, nə də həyətində hansısa bir xidmətdən istifadə etmirlərsə, təbii ki, həmin xidmətə görə ödəniş etmələrinin izahı çətindir. Ona görə də “JEK”lərin mənzillərə hansı xidməti göstərdikləri birmənalı şəkildə müəyyənləşdirilsin. Həmin xidmətlərə görə haqlar razılaşdırılsın. Bu, daha məqsədəuyğun olar”.

 

Mənbə: Pravda.az

Xəbərlər