Ümumi 4 Yanvar 2021, 14:36 | Baxış sayı: 439
Novruzəli Aslanov şəhid və qazi ailələrini ziyarət edib.

Novruzəli Aslanov İsmayıllı rayonunda yerləşən şəhidlər xiyabanında olub, şəhidlərimizin ruhuna dualar edib. Bundan sonra Millət Vəkili Vətən müharibəsinin İsmayıllı şəhərində yaşayan şəhidlərinin ailələrini və qaziləri ziyarət edib.  Onlara bayram sovqatı və digər lazımı ev əşyaları təqdim olunub. Deputat ziyarətdə qaldırılan problemlərin aidiyyəti orqanlarla birgə həllinə çalışacağını bildirib. Növbəti günlərdə isə rayonunun kəndlərində yaşayan qazi və şəhid ailələri ilə görüş nəzərdə tutulub.

Xəbərlər