Siyasət 2 Avqust 2023, 15:33 | Baxış sayı: 100
“Nikol Paşinyan Baş nazir olduğu müddətdə onun heç bir sözü həqiqət olmayıb”

“Nikol Paşinyan Baş nazir olduğu müddətdə onun heç bir sözü həqiqət olmayıb”.


Bu sözləri açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib.

Millət vəkili Ermənistanın Baş naziri Nikol Paşinyanın “Euronews” telekanlına verdiyi müsahibədə sülhlə bağlı səsləndiridyi fikirlərə toxunub.

Xatırladaq ki, Ermənistan lideri çıxışında Azərbaycan və Ermənistan xalqlarına müraciət edərək bildirib ki, hər 2 xalq öz hökumətlərindən sülh və əmin-amanlığı tələb etməlidir.

V. Əhmədov isə söyləyib ki, istər Moskva, istər Brüssel, istərsə də Vaşinqton görüşlərində Paşinyan bir söz deyirdisə, İrəvana qayıdanda tamamilə başqa fikir söyləyib:

“Ona görə də ermənilərin sözünə inanmaq olmaz. Bu, növbəti təxribatdır. Çünki sülh müqaviləsinin imzalanmasına daha çox çalışan Azərbaycan hökumətidir. Əsas tələblərimiz isə budur ki, ərazi bütövlüyü tanınsın, sərhədlərin delimitasiya-demarkasiyası həll olunsun, ondan sonra isə sülh müqaviləsi imzalansın”.

Deputat əlavə edib ki, burada başqa bir tələb yoxdur, lakin Ermənistan hər cür vəchlə bunu uzatmaq istəyir:

“Hətta İrəvan bəzən Qarabağda yaşayan erməniləri qızışdırır ki, arxanızdayıq, sizə yardım edəcəyik və s. Son zamanlar Azərbaycan Ağdam-Xankəndi yolu vasitəsilə onlara yardımını təklif etdi, amma çox təəssüf ki, ermənilər bu yolu beton bloklarla bağladılar. Qısası, onların fikirləri tamamilə başqadır və ermənilər heç bir zaman utopik arzularından əl çəkmək istəmirlər”.

Müsahibimiz vurğulayıb ki, bu gün vaxt Azərbaycanın xeyrinə işləyir:

“Hətta Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan da qeyd etdi ki, Zəngəzur dəhlizi açılmalı, orada bütün işlər qurtarılmalı və proses həyata keçirilməlidir. Yəni artıq ciddi mesajlar verilir və bunlar adi fikirlər yox, dövlət başçıları səviyyəsində söylənilən sözlərdir. Ona görə də ermənilər ağıllarını başına yığıb sülh ətrafında masaya oturmalıdırlar”.

yenisabah.az
 

Xəbərlər