Cəmiyyət 8 Oktyabr 2021, 14:27 | Baxış sayı: 296
Neftin dünya bazar qiymətindəki artımlar davam edir.

Neftin dünya bazar qiymətindəki artımlar davam edir. Birjalar bu günə "Brent" markalı neftin bir barelini 83 dollardan baha təklif etməklə başlayıblar.

Bu barədə Modern.az-a müsahibə verən deputat Vüqar Bayramov bildirib ki, “Goldman Sachs” neftin 1 barelinin qiymətinin dekabr ayında 90 dollara çatacağını proqnozlaşdırıb:

“Bankın qənaətinə görə, əgər bu qış soyuq keçərsə, o zaman neftə olan gündəlik tələb əlavə 900 min barel arta bilər.

Son 3 ildə ilk dəfə olaraq, Azərbaycan neftinin hər bareli dünya bazarında 85 dollardan baha satılır. Aydındır ki, neftin dünya bazar qiymətinin yüksəlməsi Azərbaycanın valyuta gəlirlərini artırır. Belə ki, bu ilin geridə qalan aylarında neftin orta qiymətindəki artımlar ölkəyə daha çox valyutanın daxil olmasına imkan yaradıb”.

Deputat qeyd edib ki, Azərbaycan gündəlik xam neft hasilatının bu aydan daha 7 min barrel artıraraq, 640 min barrelə çatdıracaq:

“İxtisarla bağlı öhdəlik isə 78 min barrel həcmində olacaq. Maliyyə Nazirliyinin ilkin açıqlamalarında gələn ilin dövlət büdcəsində neftin qiymətinin hər barelinin 45 dollar nəzərdə tutulması təklif olunur. Bu ilin ilk 8 ayında OPEC səbətində neftin 1 barelinin orta qiyməti 65.74 dollar, avqust ayında 70.33 dollar olub. İlin sonuna doğru qiymət artımları davam edəcəyi halda 2021-ci il üçün orta illik qiymət daha yüksək ola bilər”.

Xəbərlər