Cəmiyyət 4 May 2022, 12:26 | Baxış sayı: 66
"Neft embarqosu reallaşarsa bu Rusiyanın valyuta gəlirlərinin kəskin azalmasına səbəb olacaq”.

“Bu gün Avropa İttifaqı Rusiyaya qarşı 6-cı sanksiyalar paketini müzakirə edəcək. Gündəlikdə olan əsas məsələlərdən biri də Rusiya neftinin idxalına qadağanın tətbiq edilməsi ilə bağlıdır. Bu məsələdə ümumi razılıq olmasa da Brüssel tədricən Rusiyanın enerji asılılığını tam aradan qaldırmaqda israrlı görsənir: bunun qitə üçün neqativ iqtisadi nəticələrə səbəb ola biləcəyinə baxmayaraq. Bir sıra Mərkəzi və Şərqi Avropa ölkələri, xüsusən də Macarıstan, Qərbdən isə Almaniya Rusiya ilə enerji əməkdaşlığını davam etdirməkdə maraqlı dövlətlərdir. Aydindır ki, neft idxalının 25 faizini təşkil edən Rusiyadan asıllığı qısa zamanda tam aradan qaldırmaq Avropa İttifaqı üçün hətta texniki baxımdan da asan addım deyil. Bununla yanaşı, Avropanın siyası paytaxtında məsələlərə yalnız texniki və iqtisadi baxımdan deyil, həmçinin və daha çox təhlükəsizlik aspektindən yanaşırlar. Əvvəllərdə qeyd etdiyimiz kimi, neft embarqosu reallaşarsa bu Rusiyanın valyuta gəlirlərinin kəskin azalmasına səbəb olacaq”.

Pravda.az-ın xəbərinə görə, bunu deputat Vüqar Bayramov bildirib.

“Xam neft və neft məhsulları Rusiya ixracatının 37 faizini təşkil edir və bu məhsulların da 70 faizi ABŞ və Avropa bazarlarına ixrac olunurdu. Ötən il Avropaya neft ixracatından Rusiyanın illik qazancı 104 milyard dollar olub. Avropa Rusiya neftindən imtina edəcəyi halda rubla təzyiqlər yenidən arta bilər. Hazırda, daha çox daxili qaydalara hesabına milli valyutanın məzənnəsini stabilləşdirən Rusiya Mərkəzi Bankı Qərbin sanksiyaları enerji sektorunu əhatə edəcəyi halda daha məhdud strateji alətlərə malik olacaq. Digər tərəfdən, əsas valyuta ehtiyatları dondurulmuş Rusiya üçün xüsusən yay aylarında dollara artan tələbi tam qarşılamaq heç də asan olmayacaq. Qeyd edək ki, Avropada Rusiya neftinin ən böyük alıcısı Almaniyadır. Berlin neft üçün Moskvaya ildə 23.6 milyard dollar ödəyirdi. Rusiya neftinə görə hər il Polşa 14.7 milyard, Niderland isə 11.4 milyard dollarından keçirdi. Finlandiya, Belçika və Böyük Britaniya isə ayrı-ayrılıqdam ildə Rusiyaya neft idxalına görə 7 milyard dollara yaxın valyuta ödəyirdi. Deməli, embarqo qərarı Rusiya üçün ən azı 100 milyard dollaradan artıq ziyana başa gələcək. Mövcud qiymətlər ilə bu daha böyük rəqəmlə ifadə olunur. Aydındır ki, infrastruktur və eləcə də sanksiyaların sərtliyi baxımdan nəinki qısa və hətta orta müddətdə də Rusiyanın alternativ bazarlar tapması real deyil. Rusiya yeni və daha sərt sanksiyalar astanasındadır. Qarşılıqlı sanksiyalar qısa müddətli dövrdə Avropa üçün mənfi iqtisadi təsirlərə malik olsa da Rusiya üçün strateji çətinliklər yaradacağı gözləniləndir. Moskva isə hələlik sanskiyalar ilə “yaşamağa” alışmağa çalışır. Bu isə heç də asan hədəf deyil” – V.Bayramov qeyd edib.

Paylaşın

Xəbərlər