“Nazirlik bal toplaya bilməyənlərin hansı universitetlərin məzunları olmaları ilə bağlı məlumatları təqdim etsin”
“Sertifikasiya imtahanlarında iştirak edən 13 min 300 müəllimin və ya sınağa qatılanların 35 faizinin 30 balı toplaya bilməməsi yalnız orta deyil, eləcə də ali məktəblərində təhsilin keyfiyyətinin artırılması baxımdan bir siqnaldır. İmtahanlarda iştirak edənlərin 35 faizi 50 faizdən az nəticə göstərib. Eyni zamanda, 223 müəllimin balı bir rəqəmli olub, yəni onlar hətta 10 bal belə toplaya bilməyiblər. Təklif edirik ki, Elm və Təhsil Nazirliyi 10 balı toplaya bilməyənlərin neçənci illərdə və hansı universitetlərin məzunları olmaları ilə bağlı məlumatları ictimaiyyətə təqdim etsin. Bu amil məktəblərdə pedoqoji fənnlərin tədrisinin keyfiyyətinin qiymətləndirilməsinə əsas verə bilər”.
Pravda.az-ın xəbərinə görə, bunu deputat Vüqar Bayramov bildirib.
“Əgər həmin müəllimlər ali məktəbləri yeni bitiriblərsə o zaman ali təhslinin keyfiyyətinin də monitorinq edilməsinə ciddi ehtiyac yarana bilər. Milli Məclisdə qəbul edilən dəyişikliklərə əsasən sertifikasiyada iştirak müddəti pedoqoji fəaliyyətə başladıqdan ilk 5 ildən 3 ilə endirilir və bu da yeni universitet məzunlarının aldıqları təhsilinin keyfiyyətini qiymətləndirməyə də imkan verə bilər. Bütövlükdə, sertifikasiya imtahanları yalnız orta deyil, eləcə də ali təhsildə islahatların dərinləşdirilməsi mesajlarını aydın şəkildə gündəmə gətirdi. Deməli, çağrışlar heç də orta təhsil sferası ilə tamamlanmır”, - V.Bayramov qeyd edib.