Plenar iclaslar 23 Dekabr 2022, 12:45 | Baxış sayı: 169
"Ən çox şikayət məhkəmələrlə bağlıdır"

“Azərbaycanda hüquqi islahatlar davam edir. Mütəmadi olaraq yeni hakimlərin təyin olunmasının şahidi oluruq”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Deputat bildirib ki, bu gün məhkəmələrin üzərinə düşən işlərin sayı çoxdur: “Buna görə də işlərə baxılması gecikir. Bu gün hüquq-mühafizə orqanları içərisində ən çox şikayət məhkəmələrlə bağlıdır. Bu şikayətlər həm proseslə, həm ədalətsiz qərarla bağlıdır. Əgər vətəndaşın narazılığı polisdən, prokurordan yox, məhkəmədən olursa, deməli, iş düzgün gedir. Azərbaycandan Avropa Məhkəməsinə kifayət qədər şikayətlər daxil olur və prosesin düzgün aparılmamasına görə dövlətimiz həmin insanlara vəsait ödəməli olur. Düzgün aparılmayan prosedur varsa, artıq məhkəmənin çıxardığı qərar ədalətli ola bilməz. Hər bir prosedur qayda düzgün həyata keçməlidir. Yeni təyin olunan hakimlər buna diqqət etsinlər”.

Xəbərlər