Cəmiyyət 12 İyul 2023, 15:38 | Baxış sayı: 191
"Mustafa tərəfdarları, bunu da nəzərə alın"

“Bu gün mənə Neft və Sənaye Universitetinin keçmiş müəllimi fəlsəfə üzrə fəlsəfə doktoru Leyla Abıyeva zəng vurdu. Leyla xanım ağlamaqdan özünü saxlaya bilmirdi, güclə danışırdı. Xanımın söylədiyinə görə Mustafa Babanlı heç bir əsas olmadan onu və 3 müəllimi əmrlə işdən çıxarıb. Leyla xanım Apellyasiya məhkəməsinə qədər şikayət edib, lakin heç bir nəticə əldə etməyib. Leyla xanımın dediyinə görə haqsızlıqlar ucbatında depressiyaya düşüb”.

 

Bunu Milli Məclisin deputatı Etibar Əliyev deyib.

 

Deputat qeyd edib ki, maraqlıdır nədən məhkəmədən əvvəl işdən qanunsuz azad olunmuş müəllimlərin şikayətinə Elm və təhsil nazirliyində baxılmayıb: “Xanımın dediyinə görə onların müraciətinə heç cavab belə verilməyib. Belə qanunsuzluq olar? Mustafa tərəfdarları, bunu da nəzərə alın. Rektor qadınla intriqa aparırmış. Qeyd edim ki, Leyla xanım Abıyeva Respublikının görkəmli pediatorları Rauf Abıyev və Anaxanım Axundovanın övladıdır”.

pravda.az

Xəbərlər