İqtisadiyyat 24 Avqust 2022, 14:47 | Baxış sayı: 170
"Müharibəyə rəğmən bu ilin ilk 7 ayına Ukrayna ilə ticarət dövriyyəsi 476,5 milyon dollar olub".

"Bu gün Ukraynanın müstəqillik günüdür. 923 milyon dollarlıq dövriyyə ilə Ukrayna Azərbaycanın post-sovet məkanında ikinci ən böyük ticarət tərəfdaşıdır. Son 5 ildə iki ölkə arasındakı ticarət dövriyyəsi 3 dəfəyə yaxın artıb. Belə ki, 2016-cı ildə bu rəqəm cəmi 333 milyon dollar idi. Müharibəyə rəğmən, iki ölkə arasındakı ticarət dövriyyəsi bu ilin geridə qalan aylarında da qorunub saxlanılıb. Belə ki, bu ilin yanvar-iyul aylarında Azərbaycanla Ukrayna arasında ticarət dövriyyəsi 476,5 milyon dollar olub. Həmin dövrdə Azərbaycan bu ölkədən 148 milyon 236 min dollarlıq məhsul idxal edib. Ölkəmizin Ukraynaya ixrac etdiyi məhsulun dəyəri isə 328 milyon 268 min dollar olub".

 

Bu sözləri Milli Məclisin deputatı Vüqar Bayramov Ukraynanın müstəqillik günü ilə bağlı danışarkən qeyd deyib. Deputat xadırladıb ki, Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra Azərbaycan Ukraynaya 20 milyon dollardan artıq humanitar yardım göndərib, təcili yardım və yanğınsöndürən maşınlarını pulsuz benzinlə təmin edib: "Azərbaycan Ukraynaya humanitar dəstəyini indi də davam etdirir. Avqustun 21-də Heydər Əliyev Fondu və Səhiyyə Nazirliyinin dəstəyi ilə reabilitasiya kursu keçmək üçün valideyn himayəsindən məhrum olmuş 7-17 yaşlı 28 uşaq və onları müşayiət edən 4 nəfər Bakıya gəlib. Ölkələr arasındakı strateji münasibətlər kifayət qədər yüksək qiymətləndirilir. Tərəflər qarşılıqlı olaraq ərazi bütövlüklərini tanıyırlar.Müstəqilliyiniz Əbədi Olsun".

Mənbə: Pravda.az

Xəbərlər