KOMİTƏ İCLASLARI, Qanun Layihələri 11 Noyabr 2021, 15:28 | Baxış sayı: 223
“Müharibə veteranlarına verilən pul bir aylıq xərcləri ödəmir. Mümkünsə bu vəsaitin heç olmasa 130 manata çatdırılmasını təmin edək”

“Son 20 ildə Azərbaycanın dövlət büdcəsi ilbəil artır. Heç vaxt büdcədə kəsir yaranmayıb”.

Bunu Milli Məclisin Gənclər və idman, Əmək və sosial siyasət, Aqrar siyasət, Regional məsələlər, Təbii ehtiyatlar, energetika və ekologiya komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Deputat müharibə veteranlarına verilən aylıq müavinətin artırılmasını təklif edib: “Müharibə veteranlarına verilən pul bir aylıq xərcləri ödəmir. Çünki bu müavinət təyin olunandan sonra ərzağın da, suyun da, işığın da qiyməti qalxıb. Mümkünsə bu vəsaitin heç olmasa 130 manata çatdırılmasını təmin edək”.

Xəbərlər