Cəmiyyət 12 May 2023, 16:26 | Baxış sayı: 163
“Məscidin ziyarətinə gedəndə, pişiyin Prezidentin qarşısına çıxmasının özü də bir göstəricidir...”

“Cənab Prezident İlham Əliyevin pişiyə sığal çəkməsi humanistliyin nümunəsi idi. Bundan əvvəl cənab İlham Əliyev yüksək humanistlik nümunəsi göstərərək böyük bir əfv Sərəncamı imzalayıb. Bu, müstəqillik dövrünün ən böyük əfv Sərəncamıdır, 800-dən artıq insana şamil olunub. Məscidin ziyarətinə gedəndə, pişiyin cənab Prezidentin qarşısına çıxmasının özü də bir göstəricidir. Hətta pişik Peyğəmbərimizin ətəyində yatanda, o, ətəyini kəsmişdi ki, pişiyi narahat etməsin. Cənab Prezidentin pişiyə tumar çəkməsi də humanizmin göstəricisidir. Bu, o deməkdir ki, biz təkcə zor, güc dili ilə deyil, eyni zamanda sülh dili ilə də danışırıq”.

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

S.Novruzov Prezident İlham Əliyevin pişiyə sığal çəkməsinin “hədəflərə artıq çatılıb” mesajı kimi dəyərləndirilməsinə də münasibət bildirib: “Təbii ki, bütün hədəflərə çatmaq üçün addımlar atılır. Mərhələ-mərhələ şahid oluruq ki, hər məqsədə nail olunur. Cənab Prezident həmişə qeyd edirdi ki, nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm! Laçında Azərbaycan sərhəd-buraxılış məntəqəsənin qurulması, sərhəd qoşunlarının yerləşdirilməsi, Azərbaycan Ordusu tərəfindən 14-dən artıq yüksəkliyin nəzarətə götürülməsi, Azərbaycanın post-sovet dövründəki sərhədlərinin, demək olar, bərpası, yol infrastrukturu, yeraltı tunellər, körpülər, su qoşaqları, elektrik enerjisinin təchizatı və digər məsələlər... Cənab Prezident addım-addım qarşıya qoyulan bütün məqsədlərə nail olub, bundan sonra da olacaq. Çünki burada Azərbaycan xalqının maraqları, xalqla Prezident birliyi var. Bütün xalq Ali Baş Komandanı dəstəkləyir, onunla bir yerdədir. Azərbaycanın güclü Ordusu var. Atılacaq hər bir addım ardıcıl şəkildə həyata keçirilir və bütün xalq tərəfindən dəstəklənir”.

Xəbərlər