"Mərkəzi Bankın depozitləri təxminən 6,7 milyard manatdır"
İqtisadiyyat
14 Sentyabr 2023, 22:49 | Baxış sayı:
116
"Mərkəzi Bankın depozitləri təxminən 6,7 milyard manatdır"
Bunu Milli Məclisin deputatı Vahid Əhmədov deyib.
O bildirib ki, iyul ayında bu rəqəm 6,6 milyard olub:
"Yəni avqustda 100 milyon manat artım baş verib, azalmayıb. Cari hesablardan söhbət gedə bilər, hansı ki, əməkhaqqı və pensiyaları insanlar gündəlik ehtiyacları üçün xərcləyirlər. Maaş və təqaüdlər veriləndə 30-40 milyon azalma olur, sonra yenə əvvəlki rəqəmlər yerinə oturur. Ümumi depozitdə azalma yoxdur”.
demokrat.az