"Məktəblər açılandan, ali məktəblərdə əyani təhsilin başlanmasından sonra yoluxma halları çoxalıb".
"Məktəblər açılandan, ali məktəblərdə əyani təhsilin başlanmasından sonra yoluxma halları çoxalıb".
Bunu "Bakupost"-a müsahibəsində deputat Etibar Əliyev deyib.
Təhsil eksperti Etibar Əliyev bunları qeyd edib: "Bu, əlbəttə ki, pedaqoji heyətin məsələyə yanaşmasından asılıdır. İnsanlar vaksinasiyadan yayınırlar. Vaksinasiyadan yayınmanın özü də yoluxmanın çoxalmasına təsir edir. Müəllimlər saxta COVİD-19 pasportu alıblar və buna görə də təhsil müəssisələrində yoluxma artır. 20 nömrəli kimi böyük şagird kontingenti olan məktəbdə təhsili dayandırılıbsa, deməli, çox ciddi məqamlar var. Artıq yoluxmanın şiddətlənməsi özünü göstərir. Ancaq proqnozların irəli sürülməsi, tədrisin dayandırılması məsələsini hər həftə Təhsil Nazirliyi ilə Səhiyyə Nazirliyi birgə təhlil etməlidir. Təhsil ocaqlarının yenidən qapadılmasının özünün də şagirdlərə və tələbələrə psixoloji təsiri ola bilər. Artıq yuxarı sinif şagirdləri də vaksinasiya olunur. Burada əsas daşıyıcılar yuxarı sinif şagirdləridir, yoxsa müəllimlərdir, bu araşdırılmalıdır. Müəllimlərin vaksinasiyası ciddi şəkildə araşdırılmalıdır. Bu bir faktdır. Bununla bağlı insanlar mənə müraciət edirlər. Saxta vaksinasiya çox geniş vüsət alıb. Əgər saxta vaksinasiyaya meyillər çoxdursa, düşünürəm ki, əsas daşıyıcılar müəllimlər ola bilər”.