Siyasət, Plenar iclaslar 29 İyun 2022, 18:17 | Baxış sayı: 227
"Minsk Qrupunu beynəlxalq məhkəməyə verməliyik".

"ATƏT-in Minsk Qrupu Azərbaycana qarşı işğalçılıq siyasətinin təkcə müşahidəçisi yox, həm də iştirakçısıdır". 

Modern.az xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Sabir Rüstəmxanlı danışıb. Deputat qeyd edib ki, Minsk qrupunun üzvləri işğal dövründə dəfələrlə Qarabağda olublar: 

"Bizim getməyə imkanımız olmayan yerləri onlar görüblər. Ermənilərin orada törətdiyi vəhşiliklərin şahidi olublar. Bununla belə cinayəti görüb susublar. Ona görə biz Minsk Qrupunu beynəlxalq məhkəməyə verməliyik". 

S.Rüstəmxanlı onu da əlavə edib ki, milyarderlər Qarabağın bərpasına öz vəsaitləri ilə dəstək olmalıdırlar: "Onlar Qarabağ üçün pul xərcləmirlərsə, nə əhəmiyyəti var?"

Xəbərlər