Ümumi 2 Aprel 2021, 14:44 | Baxış sayı: 491
Millət vəkili Vüqar Bayramov peyvəndləmə barədə fikir bildirib.

Millət vəkili Vüqar Bayramov dünyada peyvəndlərin ədalətsiz bölgüsü haqda fikir bildirərkən deyib ki, pandemiyaya qalib gəlmək üçün qlobal şəkildə virusun lokallaşdırılmasına ehtiyac var: “Əslində peyvəndlərin ədalətsiz bölgüsü pandemiyanın ömürünü uzadan əsas amillərdəndir. Artıq Fransa daxil olmaqla bir sıra inkişaf etmiş ölkələr yeni “lock down” tətbiq etmək məcburiyyətində qalıb.

Vaksinasiyadakı ədalətsiz bölgü qlobal iqtisadi aktivliyin bərpasına da mane olur. Hər bir ölkənin əvvəlki normal həyata qayıtması üçün əhalisinin ən azı 70 faizinin vaksinasiya olunması vacibdir. Digər tərəfdən, hətta bəzi inkişaf etmiş ölkələr növbəti 3-4 ayda bu baryeri keçsələr belə, bu, pandemiyanın sonlanması anlamına gəlməyəcək. Qlobal və milli iqtisadiyyatların normallaşması üçün ədalətli vaksin bölgüsünə və ayrı-ayrı ölkələrdə deyil, bütövlükdə dünyada virusun lokallaşdırılmasına ehtiyac var”.

 

Mənbə: Konkret.az

Xəbərlər