Ümumi 15 Mart 2021, 18:49 | Baxış sayı: 296
Millət vəkili Vahid Əhmədov Ata Abdullayevin həbsi ilə bağlı münasibət bildirib.

"İstənilən bloger həqiqəti deməli, insanları sıxışdırmamalıdır. Qubada rəhmətlik deputat Yevda Abramovun dəfnində iştirak edərkən Ata Abullayev mənə yaxınlaşdı.  Soruşdu ki, nə əcəb, Milli Məclisin sədri Oktay Əsədov gəlməyib? Dedim ki, biz burdayıq, onun bura gəlib-gəlməməsinin nə dəxli var? Hesab edirəm ki, belə insanlar cəzalandırılmalıdır. Çünki millətin adını batırırlar. Hamısı özünü ağıllı jurnalist kimi aparır. Amma ünsiyyətdə olanda, görürsən ki, bu adamın jurnalistikadan xəbəri yoxdur. Ata Abullayev kimi insanlar mütləq cəzalandırılmalıdır”.

Bu sözləri Millət vəkili Vahid Əhmədov Missiya.Az-a açıqlamasında özünü blogger kimi təqdim edən Ata Abdullayevin həbsinə münasibət bildirərkən deyib.  

Millət vəkili qeyd edib ki, cəmiyyətdə Ata Abdullayevlə bağlı fikiri ancaq mənfi xarakterlidir: “Dövlət öz işini bilir və kifayət qədər etibarlı əllərdədir. Ata Abdullayev kimi insanlar ona görə cəzalarını almadırlar ki, digərləri bundan dərs götürsünlər. O, karantin dövründə restoranlara girib insanları sıxışdırırdı, yersiz suallar verirdi. Ata Abullayev  bir çox adamları şantaj edib pul alırmış. O, ciddi səhvlərə yol verib və bunun qarışısı alınmalı idi”.

Xəbərlər