Millət vəkili: "Tezliklə ofisim Xankəndidə fəaliyyət göstərəcək".
Ümumi
7 Aprel 2021, 14:51 | Baxış sayı:
367
Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyi Xankəndidə ofis açacağını elan edib.
Təşkilatın sədri, millət vəkili Tural Gəncəliyev öz Twitter səhifəsində yazıb ki, "Tezliklə ofisim Xankəndidə fəaliyyət göstərəcək".
"Hazırda şəhərdəki yeni ofis binası üçün mümkün yerləri nəzərdən keçiririk. Xankəndinin bütün sakinlərini təmsil edən millət vəkili kimi etnik mənşəyindən asılı olmayaraq hər kəsə yaxşı xidmət etmək üçün əlimdən gələni edəcəyəm!" - Tural Gəncəliyev Twitter səhifəsində yazıb.