Millət vəkili: "Azərbaycanda bütün müsbət tendensiyaları görməzdən gələn, Ermənistanı müdafiə edən böyük güclər var".
Onun sözlərinə görə, Azərbaycanda bütün müsbət tendensiyaları görməzdən gələn, Ermənistanı müdafiə edən böyük güclər var: “Baydenin seçilməsi ilə bağlı legitimik hələ də sual altındadır. Bu gün dünyaya demokratiyadan dəm vuran Avropa ölkələrinə Türkiyə dərs verib. Hesab edirəm ki, Azərbaycan demokratik seçki ənənələrini davam etdirməlidir, güclü şəkildə demokratiya ənənələrini inkişaf etdirməlidir. MSK-nın bundan sonrakı prosesləri rayonlarda davam edəcək. Rayonlarda siyasi partiyaların istəkləri ilə yerli icra orqanlarının istəkləri üst-üstə düşmür. Yeni tərkibdən xahiş edirəm ki, gələcəkdə MSK-nın siyasi partiyalarla işi elə qurulsun ki, yerli icra hakimiyyətləri ilə siyasi partiyaıar haqqında problem yaranmasın”.