Plenar iclaslar 25 İyun 2021, 13:16 | Baxış sayı: 345
Millət vəkili: "Ancaq su bulandırmaqla, Ermənistan dəyirmanına su tökməklə məşğuldurlar".

“Sosial şəbəkələrdə insanların işğaldan azad olunmuş ərazilərə dərhal köçürülməsi məsələsini ortaya atırlar. Təkcə Ağdamda 97 min mina yerləşdirilibsə, görün digər azad edilən ərazilərdə nə qədər mina var”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirib.

Deputat deyib ki, insanları aldatmaq, mütləq azad olunmuş ərazilərə köçməli olduqlarını bildirmək yolverilməzdir: Hər bir vətəndaşın təhlükəsizliyinə dövlət cavabdehdir. Hələ digər ərazilərin mina xəritələrini vermək istəmirlər. bu baxımdan da insanlara yalan vədlər vermək, aldatmaq yolverilməzdir. O qeyd edib ki, sosial şəbəkələrdə də, digər yerlərdə də buna qarşı mübarizə aparmaq lazımdır.

 “Bəzi müxalifət partiyalarının rəhbərləri nə vaxt bir şəhidin qapısını döyüb, qazini ziyarət edib? Ancaq su bulandırmaqla, Ermənistan dəyirmanına su tökməklə məşğuldurlar. Ərazilər minalardan təmizlənənə, ağıllı kəndlər, şəhərlər salınana qədər insanları təhlükə altına göndərə bilmərik”.

Xəbərlər