Cəmiyyət, Siyasət 27 Aprel 2021, 15:05 | Baxış sayı: 295
Millət vəkili: "40 ildir ABŞ prezidentləri “soyqırımı” sözünü dilə gətirmirdi".

O bildirib ki, Türkiyə müharibə dövründə Azərbaycanın yanında olub.

“Fransa 44 günlük müharibə dövründəki xidmətindən bundan sonra da əl çəkən deyil. Fransa Türkiyə və Azərbaycana qarşı belə murdar əməllərini davam etdirəcək. Digər tərəfdən, 40 ildir ABŞ prezidentləri “soyqırımı” sözünü dilə gətirmirdi. Bayden seçki dövründə ermənilərə verdiyi sözü yerinə yetirmək üçün indi bu sözü işlətdi və çox böyük səhv etdi. Onsuz da Amerika-Türkiyə münasibətlərində soyuqluq var idi. Türkiyə və ABŞ prezidentləri Brüsseldə görüşəcəkdilər. Əlbəttə, Türkiyənin dünya düzənində rolunun artması bu dövlətləri qane etmir. Azərbaycan Prezidenti bu məsələyə Ərdoğanla telefon danışığında çox yaxşı qiymət verdi”, - deyə deputat vurğulayıb.

Xəbərlər