Siyasət 21 Sentyabr 2023, 16:26 | Baxış sayı: 86
"Milli maraqlarımıza xəyanət bağışlanmazdır"

“Qırx dörd günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu təcavüzkar Ermənistanın silahlı qüvvələrini darmadağın edərək mənfur düşməni kapitulyasiya aktını imzalamağa məcbur etdi. Qazandığımız şanlı Zəfər nəticəsində tarixi ədalət bərpa olundu, ölkəmizin ərazi bütövlüyü təmin edildi. Ancaq ötən üç il ərzində nə Ermənistan tərəfi, nə də Rusiya sülhməramlı kontingenti kapitulyasiya aktında bəyan edilmiş bəndin icrası ilə bağlı öhdəliklərini yerinə yetirmək üçün heç bir addım atmayıb. Əksinə, həmin terrorçuların silahlandırılması və növbəti təxribatların həyata keçirilməsi üçün mümkün olan  bütün variantlardan istifadə ediblər.”

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov açıqlamasında bildirib.

K.Bayramov qeyd edib ki, məhz, bu səbəbdən də üçtərəfli Bəyanatın müddəalarının icrası, bölgədə yaşayan və fəaliyyət göstərən mülki vətəndaşlarımızın, hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması, Azərbaycanın konstitusiya quruluşunun bərpası məqsədilə həyata keçirilən antiterror tədbirləri qaçılmaz və  labüd idi. 

Deputat diqqətə çatdırıb ki, Qarabağ iqtisadi rayonunda erməni silahlı qüvvələri tərəfindən gözlənilən genişmiqyaslı təxribatların qarşısının alınması, habelə, üçtərəfli Bəyanatın müddəalarının icrasının təmin olunması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, dinc əhali, o cümlədən, ərazidə aparılan bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb. İkinci Qarabağ müharibəsində və ondan sonra həyata keçirilmiş antiterror əməliyyatlarında olduğu kimi, bu tədbirlərin də əsas hədəfi hərbi obyektlərdir və heç bir halda mülki obyektlər hədəf olaraq seçilməyib. Erməni əsilli mülki əhalinin hərbi obyektlərdən uzaq durması ilə bağlı Azərbaycanın müvafiq dövlət qurumlarının etdiyi çağırışlar buna bariz nümunədir.

 

K.Bayramov xüsusi olaraq bildirib ki, 2020-ci ilin 27 sentyabrında başlannan Vətən müharibəsi zamanı Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların mütləq əksəriyyəti Ali Baş Komandanın, Ordumuzun, əsgərimizin yanında olduğunu bəyan etdilər:

 

"İndi də ordumuz antiterror tədbirləri həyata keçirir və ölkədə fəaliyyət göstərən 23 siyasi  partiya birgə bəyanat qəbul edib və  Azərbaycan Ordusunun, dövlətinin və əsgərinin yanında  olduğunu bir daha  bəyan edib. Çox təəssüf ki, hər zaman olduğu kimi, milli maraqlarımıza zidd mövqe sərgiləyən antimilli ünsürlər, daha dəqiq desək, AXCP, Müsavat Partiyası və REAL Partiyası Azərbaycanın haqlı və ədalətli mövqeyinə zidd yanaşma ortaya qoyaraq bəyanata qoşulmayıblar. Bu satqınlar xalqımızın haqq işi uğrunda döyüşən ordumuzun və öz Ali Baş Komandanının ətrafında sıx birləşdiyi günlərdə  özlərinin xəyanətkar xislətlərinii bir daha nümayiş etdirdilər. Bunun adı Dövlətə və Vətənə xəyanətdir.  Bu xəyanətkar partiyalar unutmasınlar ki, milli maraqlarımıza xəyanət xalqmızın yaddaşından heç vaxt silinməyəcək".

modern.az

Xəbərlər