"Metsamor AES mütləq bağlanmalıdır"
"Ermənistanda Metsamor Atom Elektrik Stansiyasının (AES) tikilməsi çox səhv bir qərar idi".
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.
Deputat bildirib ki, erməni millətçilərinin Moskvaya təsirindən istifadə edərək o vaxtı bu bahalı və həssas bir layihənin Ermənistana salınmasına nail oldular:
"Çünki Ermənistan zəlzələ təhlükəsi olan ərazidir və hər bir an həmin stansiyanın fəaliyyətinə böyük zərər vuracaq, silkələnmə baş verə bilər.
Eyni zamanda, Ermənistanda həmin stansiyaya yüksək texniki xidmət göstərəcək mütəxəssislər yoxdur. Həmin mütəxəssislər vaxtilə SSRİ-nin ayrı-ayrı sahə nazirliklərinin mərkəzlərində hazırlanırdı və bu stansiyaların işlədilməsi Moskva tərəfindən ciddi nəzarətdə idi. Hazırda isə Ermənistanın bu stansıyanı işlədəcək yüksək hazırlıqlı mütəxəsisləri və onların vaxtaşırı peşə hazırlıqlarınn artırılması imkanları yoxdur.
Hesab edirəm ki, Metsamor Atom Elektrik Stansiyası mütləq bağlanmalıdır. Bu baxımdan Rusiyanın həmin stansiyanın bloklarının modernləşməsi təklifinə yenidən baxmasını istəyərdim. Çünki cəmisi 13 il üçün modernləşmə həmin stansiyanın mənəvi və texniki cəhətcə köhnəldiyini göstərir.
Digər tərəfdən, stansiyanın modernləşməsi böyük pul vəsaiti tələb edir. Ermənistanın belə imkanları yoxdur. Rusiyadan aldığı krediti onun qaytarma imkanlarınım olmadığını göstərir. Bu baxımdan Rusiyanın ora yatırdığı pul itirilmiş hesab edilə bilər".