KOMİTƏ İCLASLARI 6 Fevral 2023, 13:49 | Baxış sayı: 258
"Media üçün vergi güzəştləri dövlət büdcəsinə 10 milyon manata başa gələcək"

Media subyektlərinə tətbiq edilən vergi güzəştləri dövlət büdcəsinə 10 milyon manata başa gələcək.

"Report"un məlumatına görə, bunu bu gün keçirilən Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında komitə sədri Tahir Mirkişili bildirib.

Onun sözlərinə görə, dövlət büdcəsi bu qədər gəliri almayacaq: "Media subyektlərinə dəstək olaraq bu az məbləğ deyil, ancaq medianin inkişafı dövlət büdcəsinin digər sahələrdən gələn gəlirlərinin artmasına imkan verəcək".

Komitə sədri qeyd edib ki, Azərbaycandan xaricə milyonlarla reklam pulları axır. "Sosial şəbəkələrə baxsaq bunu görə bilərik. Bu gün sosial şəbəkələr reklam baxımından media subyeklərini üstələyir, onların daha çevik alətləri var. Bu təkcə Azərbaycanın problemi deyil. Bu gün bütün dünyada belədir. Vergi dəyişiklikləri media subyektlərinə də daha çevik işləməyə imkan verəcək".

Xəbərlər