Qanun Layihələri 28 Dekabr 2021, 12:28 | Baxış sayı: 241
""Media haqqında" qanun layihəsini yenidən Venesiya Komissiyasına göndərməyin heç bir mənası yoxdur".

"Hazırkı qanun layihəsi öncəki iki qanunun əsasında hazırlanıb".

Bunu bu gün Milli Məclisdə “Media haqqında” qanun layihəsinin müzakirəsi zamanı Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib.

O deyib ki, adıçəkilən qanun layihəsini yenidən Venesiya Komissiyasına göndərməyin heç bir mənası yoxdur.

“Biz Avropa Şurasının üzvüyük. Bu qanunda da insan hüquqları baxımından hər hansı məhdudlaşdırıcı məqamlar yoxdur”.

O qeyd edib ki, qanunu siyasi arqumentlərlə müdafiə etməyə ehtiyac yoxdur: “Biz hüquqi arqumentlərlə çıxış edirik. “Media haqqında” qanun layihəsi bundan öncəki iki qanunun əsasında hazırlanıb və həmin qanun layihələri də Venesiya Komissiyası ilə əməkdaşlıq şəraitində hazırlanıb. Yeni qanunda da hər hansı məhdudlaşdırıcı məqamlar yoxdur. Biz beynəlxalq təşkilatlarla əməkdaşlıq edirik. Belə təəssürat yaradılmamalıdır ki, insan hüquqları sahəsində əməkdaşlıqdan geri çəkilirik. Bu əməkdaşlıq davam edir və bu qanun da onun ən yaxşı nümunələrindən biridir”.

 

Mənbə: APA

Xəbərlər