KOMİTƏ İCLASLARI 10 Noyabr 2022, 12:53 | Baxış sayı: 278
"Mədəniyyət Nazirliyinə ayrılan vəsaitin nəticəyönümlülüyü araşdırılmalıdır"

“Mədəniyyət sahəsinə büdcədən ayrılan pul artırılmalıdır”.

Bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar, Elm və təhsil, Ailə, qadın və uşaq məsələləri, Səhiyyə və Mədəniyyət komitələrinin birgə iclasında deputat Sabir Rüstəmxanlı deyib.

Deputat bildirib ki, xalqlar təkcə vuruşmur, onların tarixi, mədəniyyəti də vuruşur: “Milli Kitabxanaya ayrılan vəsait azaldılıb. Bunun səbəbi nədir?! Mədəniyyət sahəsi dövlətdə ikinci sahə kimi qiymətləndirilməli və buna uyğun vəsait artırılmalıdır. Mədəniyyət Nazirliyinə ayrılan vəsaitin nəticəyönümlülüyü araşdırılmalıdır. Verilən vəsaitlərin nəticəsi tələb olunmadığına görə Mədəniyyət Nazirliyində gündə bir əməliyyat keçirilir, bir müavin tutulur”.

Deputat kənd təsərrüfatı sahəsində problemlərdən bəhs edib: “Subsidiya ildən-ilə artırılır. Amma bunların nəticəsi ortada yoxdur. Digər tərəfdən, rayonların idarələri birləşdirilir. Üç-dörd rayonun idarələri birləşdirilir. Dövlət bundan nə qazanır? Gedirsən dağlıq bir rayonda təkcə icra başçısı oturur, amma qurumlar? İdarələr hərəsi bir diyarda. Onda bu rayonları da ləğv edək”.

Deputat doğulan uşaqlara görə büdcədən vəsait verilməsini təklif edib: “Rusiyada doğulan hər uşağa görə nə qədər vəsait verilir. Biz niyə vermirik, bəyəm bizim gücümüz yoxdur? Özləri deyir ailə planlaması edin, çoxuşaqlılığın qarşısı alınır. Doğulan 1-2 uşağa da dövlət dəstək göstərmir”.

Xəbərlər